Zaqatalada 70 yaşlı kişi su anbarında boğulub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kənd inzibati ərazisində İkipilləli Alazan Nasos Stansiyasında qeydə alınıb.
Rayonun Qandax kənd sakini 70 yaşlı İmran Musa oğlu İsayev su anbarına düşərək boğulub.
İmran İsayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az