Tehranda yaşayış binasında partlayış olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata əsasən, üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla müşahidə olunan partlayış baş verib.
Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib.
İndiyə olan məlumata əsasən, hadisə nəticəsində 21 nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Azinformasiya.az