Qriqoryan Baydenin müşaviri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Armen Qriqoryan “Facebook” hesabında bildirib.

Onun sözlərinə əsasən, görüş dekabrın 4-də Ağ Evdə baş tutub.

Qriqoryan bildirib ki, o, Ceyk Sallivanla təhlükəsizlik və iqtisadi sahədə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

“Biz, eyni zamanda regional təhlükəsizlik vəziyyətini müzakirə etdik, bu çərçivədə mən Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiqlədim”, – Ermənistan rəsmisi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir