Dörd nəfərə general-mayor rütbəsi verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” sərəncam imzalayıb.

Azinformasiya.Az-ın xəbərinə görə, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Ağamir Əzizxan oğlu Sultanov

polkovnik Anar Təvəkkül oğlu Kərimov

polkovnik Namiq Sərəfruz oğlu İslamzadə

polkovnik Zaur Sabir oğlu Məmmədov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir