İmişlidə “Mercedes”lə traktor toqquşub, iki nəfər ölüb

İmişlidə “Mercedes”lə traktor toqquşub, iki nəfər ölüb.

 

Azinformasiya.az xəbər verir ki, ölümlə nəticələnən yol qəza hadisəsi dünən axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunda, İmişli rayonunun Çaxırlı kəndində baş verib.

Araz Kazımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişini Çingiz Ağayev isə hadisə yerində ölüb.

Xəsarət alan Araz Kazımov İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, gecə saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir