UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.

Azinformasiya.Az xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq matçların ölkədə keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.

Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

Qeyd edək ki, qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir