Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.
Azinformasiya.az MENA agentliyinə istinadən xəbər verir ki, Qahirənin mərkəzindən şimalda beş mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 9 nəfər ölüb.
Dörd nəfər dağıntıların altından sağ çıxarılıb.
Misirin Sosial Həmrəylik Nazirliyi qurbanların ailələrinin hər birinə 1940 dollar kompensasiya veriləcəyini bildirib.
Rəsmilər tərəfindən yaralıların da yardım alacağı bildirilib.
Azinformasiya.az