Seyran Ohanyana qarşı irəli sürülən ittiham açıqlanıb

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı irəli sürülən ittiham açıqlanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, Ohanyan barəsində açılan cinayət işi çərçivəsində sabiq nazirə qarşı səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan xüsusilə külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları irəli sürülüb.

Qeyd edək ki, bu gün Ohanyan barədə istintaq araşdırmasının nəticələri Korrupsiya ilə Mübarizə Məhkəməsinə göndərilib. Ohanyanla əlavə, daha 12 nəfərə qarşı ittiham irəli sürülüb. Cinayət işində, eyni zamanda sabiq Baş Qərargah rəisi Yuri Xaçaturyanın adı hallanır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir