Fransanın XİN başçısı Gürcüstana gedib

Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona regiona səfəri çərçivəsində Gürcüstana gedib.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Fransalı nazirin Gürcüstana səfəri çərçivəsində həmkarı İliya Darçiaşvili ilə görüş keçirəcəyi və tərəflərin daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəkləri bildirilib.

Bundan əlavə, Katrin Kolonanın Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşləri planlaşdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir