Frank-Valter Ştaynmayer: Almaniya Brüssel sülh gündəliyini dəstəkləyir

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verdiyini bildirib.

Azinformasiya.az xəbər verir ki, Almaniyanın dövlət başçısı iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu qeyd edib.

Frank-Valter Ştaynmayer vurğulayıb ki,  Almaniya Avropa İttifaqının üzv dövləti olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən Brüssel sülh gündəliyini dəstəkləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir