Heydər Əliyev öz müdrikliyi və baxışı ilə çiçəklənən Azərbaycan yaratdı. Onun rəhbərliyi dövründə “Əsrin müqaviləsi” imzalandı”.
Azinformasiya.az xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku deyib.
O, Heydər Əliyevin irsi barədə danışarkən “mənim Prezident Heydər Əliyevlə görüşüm 1997-ci ildə İstanbulda oldu. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında görüşdük” – deyib.
Keçmiş prezident xatırladıb ki, həmin iclasda vacib təşəbbüslər müzakirə olunub: “Heydər Əliyev vizyonlu lider idi. O, aktiv və təşəbbüskar idi”.
O deyib ki, Azərbaycan da Sovet irsi olaraq münaqişə ilə üzləşmişdi: “Prezident Əliyev münaqişələrin sülh, danışıqlar və siyasi yolla həlli üçün çalışırdı. Prezident Əliyev və mən ikitərəfli münasibətlərimizin üzərində çalışırdıq, ölkələrimizin bir-birinə təklif edəcəyi çox şey var idi. Azərbaycan Rumıniya üçün Şərqə qapı, Rumıniya isə Azərbaycan üçün Mərkəzi Avropaya qapı idi”.
Azinformasiya.az