Yaxşı ki, Avropa Oyunları və bir sıra dünya miqyaslı tədbirlər paytaxtımızda reallaşır. Çünki bu ərəfədə aidiyyatı qurumlar səfərbər olaraq çalışırlar. Bunun nəticəsidir ki, vahid kart sistemi ilə idarə olunan “Baku Bus” sərnişinlərin tam ürəyincədir.
Həqiqətən də insanların can rahatlığı ilə istifadə etdikləri bu avtobuslar çox təqdirə layiq bir haldır. Bu avtobusların sürücüsü, avtobusları da çox səliqəli şəkildə, rahat və komfortla insanları məmnun salır. Vahid kart sistemi ilə yanaşı Baku Bus-u idarə edən sürücülər çox səliqəli və vahid geyim formasıyla insanlara xidmət edirlər. Bu sürücülər sərnişinləri qanuna uyğun olaraq dayanacaqdan dayanacağa qəbul edib, endirirlər. Bu mədəniyyətin xarici ölkələrlə yanaşı bizim ölkədədə icra olunması doğurdanda çox böyük irəliləyişdir. Bununla yanaşı “Baku Bus” –u idarə edən sərnişin avtosunun sürücülərinin sürücülük vəsiqələri və bütün sənədləri qaydasındadır. Əslində normal bir hal olduğu üçün qeyd olunmamalıdır. Lakin biz buna öyrəncəli olmadığımızdan bu hallar bizə qeyri-adi hal kimi gəlir. Avtobusun içərisi də təmiz və komfortludur. Yəni vurğulanası elə də böyük mənfi halla rastlaşmamışıq.
Digər sərnişin daşınma avtobuslarında isə bu halların heç biri olmadığından “Baku Bus”- la tərs mütənasibdir. Çünki bu sərnişin daşınma avtobuslarının nə sürücüləri, nə də göstərdikləri xidmət ürək açan deyil. Bu sürücülər sözün əsl mənasında elə bil bir canlını deyil, karfot-soğanı daşıyırlar. O qədər sürətlə idarə edirlər ki, hansısa bir maşın yarışlarındakı kimi finiş xəttinə çatmağa can atırlar. Bu sürət həddi ilə insanlar bəxtəbəxt sağ qalma ehtimalları olur . Həqiqətəndə heç də şişirdilməmiş olan faktları göz önünə gətiririk. Bu hər kəsə açıq aydın məlum olan bir məslədir. Çünki hər kəs ictimai nəqliyyatdan gün ərzində istifadə edir.
Sərnişin daşınma avtobuslarını mərkəzdə eləcə də ətraf qəsəbələrdə cavan, səriştəsiz gənclərin idarə etdiklərinin şahidi olarıq. Bu gənc sürücülərin heç sürücülük vəsiqələri belə yoxdur. Gənc olduqlarından musiqi və bir sıra səsgücləndiricilərlə, müxtəlif aksesuarlarla avtobusları bəzəyirlər. Avtobusa daxil olduqda o sürücünün hansı mədəniyyətə sahib olduğu idarə etdiyi avtobusdan məlum olur. Könül oxşamayan, insanlarda qıcıx yaradıcı bayağı musiqilərə o həddə xod verirlər ki, dayanacaqda düşmək istəməyən sərnişinin səsini eşitmirlər. Hətda o qədər qeyri-etik davranırlar ki, sərnişini borclu çıxarırlar. Hələ özləri azmış kimi yanlarında özlərinə köməkçi “konduktor”-lar işlədirlər. Bu “konduktor”-ların əkrəriyyəti isə artıq azyaşlılar təşkil edir. Bu uşaqların təhsil, məktəb, kitablarla məşğul olan vaxtlarında iş sahibi etməkləri olduqca pis bir haldır. Çünki bu uşağın gələcəyin əldən almış kimi olur. Yaşıdları ilə oyun oynayan yaşında o boyda məsuliyyəti ciyinlərində daşıyırlar. Bu uşaqların peşəsinə gəldikdə isə onlar gediş haqlarının toplanması ilə bir də avtobusun pəncərəsindən insanlara qışqıra qışqıra gedəcəkləri yeri çatdırmaqdan ibarətdir. Bəzən rastlaşdığımız hallardan biri isə sürücülər içi dolu sərnişinlərlə birlikdə yanacaq doldurma məntəqələrinə daxil olmaqlarıdır. Bu hal isə olduqca riskli, təhlükə doğuran məqamdır. Qeyri-ciddi şəkildə bu məsələyə yanaşan sürücülər nəsə bir hadisə baş verdikdə bu qədər sərnişinlər üçün məsuliyyət daşıdıqlarını dərk etmirlər. Bu məsələ həmdə həmin yanacaq doldurma məntəqələri ilə bağlıdır. Onlar əgər sərnişinlə dolu avtobusları qəbul etməsələr heç bir təhlükə doğuran hal ilə rastlaşmazlar.
Bir çoxlarınızın da gündəlik olaraq eşitdiyiniz kəlmə var : “ planı toplamalıyam”. Bu planla işləyən avtobuslar planlarını toplamaq üçün dəridən qabıqdan çıxırlar. Çünki, demək olar ki, əlacları olsa sərnişinləri üst-üstə yığsınlar ki, pullarını toplaya bilsinlər. Buna görə də sərnişinlər bir birinə olduqca yaxın məsafədə sıxışaraq gedirlər. Bu isə çox böyük narazılıq, hətda davalara gətirib çıxarır. Çünki, sıxışaraq gedən sərnişin halından narahat bir vəziyyətdə əsəbləri gərilir. Lakin “Baku Bus”-ı idarə edən sürücülər aylııq maaşla işləyirlər. Hələ dayanacaqdan kənar sərnişinləri qəbul edən sürücülərdən söz açmıram. Maraq doğuran məqam isə bu sürücülər özlərini elə göstərirlər ki, yol hərəkatı qaydalarını yüksək səviyyədə bilirlər. Ama bu heç də belə deyil. Çünki əgər sərnişin dayanacaqdan kənar qəbul edirsə, sərnişin düşmək isdədikdə niyə düşməyinə icazə vermir ki, dayanacaqda saxlayacam. Bu hallar sonda davalara sürücünün döyülməsi, hətda soyuq silah dan da istifadə hallarına da gətirib çıxarır.
İnsanların narahatlığına səbəb bir digər məqam isə avtobusların natəmiz vəziyyətdə olmasıdır. Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobusları nəinki xaricdən, hətda daxildəndə su üzünə həsrətdir. Toz-torpaq, axra oturacaqlarda üfunət iyi gəlməsi insanların sağlamlığı üçün ciddi zərər törətmiş olur. Təbiət hərdənbir göydən yağış səpələdik də bu nəqliyyat vasitələri yuyulmuş olur. Lakin içəriləri yuyulması üçün təbiət hadisəsinin baş verməsi çıxış yolu olmur. Oturacaqların kənarlarına dürtülmüş salfet, siqaret kötükləri, tum, bunlar artıq sərnişinlərin mədəniyyətindən xəbər verir. Bəzən maşının içərisinin toz-torpaq olması isə Bakı ətrafı qəsəbələrdə yolların bərbad olmasına görə qapını hər açıb bağlandıqda içəri toz daxil olur.
Sərnişin idarə edən avtobus sürücüləri özlərini maşın yarışlarındakı sürücülər kimi aparırlar. Hara gəldi sürməklə bir-biri ilə yarışa girən sürücülər arasındakı müharibəyə səbəb kim qarşıya keçib daha çox sərnişin yığa biləcək. Ən önəmlisi isə kim daha tez finiş xəttinə çatacaq. Bu maşın yarışlarının gündəlik olaraq şahidi oluruq. Belə hallarda da qəza, piyada ölümləri qaçınılmaz olur. Ona görə sürücülərin idarə etdikləri nəqliyyat vasitəsini icbari sığorta etməkləri ən önəmli haldır. Əgər icbari sığorta etsələr, hər hansı bir qəza baş verdikdə zərər çəkmiş şəxsə kompensasiya olaraq müəyyən məbləğ ödənilir.
Ümid edək ki, bütün sərnişin daşınma avtobusları “Baku Bus” –la əvəz olunsa bu kimi problemlər həll yolunu tapmış olar.
Elnurə Fərhadqızı