“Bizim çox ciddi problemlərimiz var idi, bu şəraitdə müharibənin davam etməsi daha böyük insan və ərazi itkilərinə, o cümlədən, Xankəndinin süqutuna, digər şəhərlərin, kəndlərin və hərbçilərin mühasirəyə alınmasına səbəb olacaqdı”.
Azinformasiya.Az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağdakı keçmiş qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan deyib.
O bildirib ki, döyüşlərin dayandırılması üçün şəxsən baş nazir Nikol Paşinyana müraciət edib: “Silahlı qüvvələrin komandanlığı belə bir məcburiyyət üzərində təkid etdiyi üçün bu qərar hərbi vəziyyət nəzərə alınaraq verildi”.