“Bildiyiniz kimi, bu günlərdə Azərbaycan xalqı 30 ildən bəri həsrətlə gözlədiyi qələbənin sevincini yaşayır. Azərbaycan Prezidentinin yenilməz iradəsi və ordumuz sayəsində savaşı uğurla başa vurduq və ərazi bütövlüyümüz bərpa olundu”.
Azinformasiya.Az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Spiker bildirib ki, Prezident Azərbaycan xalqını məğlubiyyət acısından qurtardı və qalib xalq etdi: “Təəssuf ki, müharibələr şəhidsiz olmur. Biz də bu Vətən Savaşında şəhidlər verdik. Təkfil edirəm ki, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edək”.
Qeyd edək ki, hazırda Milli Məclisin sədrinin çıxışı davam edir.