Pandemiya bu halda bitəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Sumiya Svaminatan onlayn sessiya zamanı bildirib ki, pandemiya dünya sakinlərinin təxminən 70%-i peyvənd olunduqdan sonra bitə bilər.

Azinformasiya.Az xarici mətbuata istinadən xəbər verir ki, alim əhalinin peyvəndlənməsinə ehtiyac olduğunu söyləyib.

O qeyd edib ki, peyvəndlənmə sayəsində pandemiyanın bitməsini sürətləndirmək olar. Eyni zamanda, Svaminatan dərmanın təhlükəsizlik və effektivlik sahəsində ÜST-nin bütün lazımi standartlarına cavab verməli olduğunu əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir