AQTA sədri: “Toyuq dönərlərilə bağlı standartın tətbiqi könüllüdür”

“Azərbaycanda toyuq dönərinə qadağa qoyulmayıb”.

Azinformasiya.Az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, toyuq dönərlərinin hazırlanması haqqında standartlar var idi: “Müvafiq qurum ləğv olunandan sonra həmin standartlar könüllülük fəaliyyəti daşıyır. Toyuq və ət dönərinin hazırlanmasında müəyyən sanitariya qaydaları var və onlara əməl olunmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir