“Ukrayna Prezidenti Vlodomir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşü sülhün bərpası üçün açardır”.
Azinformasiya.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində deyib.
“İstənilən fundamental qərar yalnız dövlət başçıları səviyyəsində qəbul oluna bilər. Belə bir görüşə hazırlıq gedir. Bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz davam edir. Müharibənin qaynar fazasının sona çatmasında maraqlı ölkələr var. Bəzi ilkin sənədlər hazırlanıb liderlərə veriləcək. Onlar bunu qiymətləndirəcəklər. Bu, prezidentlər səviyyəsində üzbəüz müzakirə üçün “yol xəritəsi” olacaq”, – o bildirib.
M.Podolyak, həmçinin vurğulayıb ki, dövlət başçılarının ehtimal olunan görüşü ilə bağlı hələlik tarix proqnozlaşdırmaq mümkün deyil.