“Xocalı türklərindir. Qarabağ türklərindir. Bu həqiqəti kimsə dəyişə bilməz”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbərlik etdiyi siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki parlament fraksiyasının toplantısında deyib.
“Gözümüz soydaşlarımız olan hər yerdədir. Həmin yerlərdə müxtəlif faciələr yaşanıb. Xocalı faciəsi onlardan sadəcə biridir. Tam 30 il əvvəl, yəni 1992-ci ildə Qarabağın Xocalı şəhərində canımızdan canımız getdi. Xocalı hələ sağalmayan yaradır. 7 min əhalisi olan Xocalıda soyqırım törədilmiş, 613 soydaşımız şəhid edilmişdir”, – o vurğulayıb.
MHP lideri vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan möhtəşəm zəfər qazanıb: “2020-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Azərbaycan əsgərləri erməni silahlılarını məhv etmişdir. Türkün damarına basanlar, torpağına göz qoyanlar peşman ediliblər. Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Laçın, Şuşa, Kəlbəcər azad edilmişdir. Türkiyə-Azərbaycan həmrəyliyi zəfəri təmin edən əsas məqam idi. Türk millətlərinin tək ürək olması düşmənə unudulmaz dərs vermişdir”.