“Azərbaycanla taleyimiz bir, gələcəyimiz birdir. Heydər Əliyevin də söylədiyi kimi, bir millət, iki dövlətik. Bir millət kimi, yeri gələndə isə bir dövlət kimi davranmağı bilirik. Qarabağ zəfəri belə bir duyğu və qərarlılıqla əldə olundu”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində söyləyib.
“Azərbaycanla “bir millət – iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, dəstəkləməyə davam edəcəyik”, – nazir vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə müxtəlif platformalarda bir-birinə hər zaman dəstək olub, “Şuşa Bəyannaməsi” isə bunun təzahürüdür.