Cəlilabadda məktəbdə şagirdi elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.
İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərəyanı vurub.
Belə ki, həmin məktəbin 1-ci sinif şagirdi Zeynalov Hüseyn Yaşar oğlunu məktəbin həyətində elektrik cərəyanı vurub.
Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.