Azərbaycanda tanınmış üç marketə cərimə protokolu yazılıb

Azərbaycanda tanınmış üç marketə cərimə protokolu yazılıb.

Azinformasiya.Az-ın xəbərinə görə, “Bazarstore” MMC, “Araz supermarket” MMC və “Bizim market” MMC barələrində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclaslarının vaxtı hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir