“Ukraynada keçirəcəyim görüşlərdə Krım tatarlarının vəziyyətini də müzakirə edəcəm”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə Türkiyə-Ukrayna əlaqələri hərtərəfli şəkildə inkişaf edib. Dövlət başçısı vurğulayıb ki, inkişaf əsasən ticarət, sərmayə, turizm və müdafiə sənayesi sahələrində qeydə alınıb: “Bölgədə yaşanan hadisləri izləyirik. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimzi bütün platformalarda bildiririk”.