Rusiya Prezidenti Vladimir Putin fevral ayının ikinci yarısında Türkiyəyə səfər edə bilər.
Bu barədə Azinformasiya.Az “A Haber” telenakalına istinadən xəbər verir.
Telekanalın məlumatında deyilir ki, Pekin Olimpiadasının açılışından sonra tarixi dəqiqləşəcək səfər fevralın ikinci yarısına təsadüf edəcək.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidentinin Pekin Olimpiadasının açılışında iştirak etdikdən sonra Türkiyəyə səfər edəcəyini açıqlamışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə epidemioloji vəziyyət və qrafiki imkan verdikdə V.Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifindən yararlanaraq, bu ölkəyə səfər edəcəyini bildirmişdi.