Zurabişvili Brüsseldə Şarl Mişellə görüşüb

Brüsseldə səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Aİ Şurası yayıb. Bildirilib ki, tərəflər Gürcüstanın Avropa yoluna dair müzakirə aparıblar.

Məlumata əsasən, Şarl Mişel Avropa Komissiyasının payız “Genişlənmə paketi”nin bir hissəsi kimi Gürcüstanın namizəd statusu əldə etməsi üçün 12 prioriteti yerinə yetirməsinə dair hesabatı hazırlayacağını xatırladıb.

Şarl Mişel ədliyyə islahatları, mətbuat azadlığı, vətəndaş cəmiyyəti, oliqarxsızlaşdırma və de-polarizasiya məsələləri ilə bağlı daha çox inkişafa ehtiyac duyulduğunu xatırladıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir