Zelenskinin xanımı Baydenin dəvətindən imtina edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresdəki çıxışına dəvətdən imtina edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Washington Post“ nəşri mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, o, Rusiya həbsxanasında fevralın 16-da vəfat edən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə ehtimal olunan görüşə görə dəvətdən imtina edib.

Nəşrin sözlərinə görə, tədbir zamanı onların yanaşı yerlərdə əyləşdiriləcəyi güman edilirdi.

Qeyd edək ki, ABŞ lideri Co Bayden keçən ay Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklifini qəbul edib və 7 mart tarixində ölkənin vəziyyəti ilə bağlı müraciətini qanunverici orqanın üzvlərinə çatdırmağa razılaşıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir