Zelenski Yunanıstana səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Prezident Zelenski “Telegram” hesabında yazıb.

Videomüraciəti əsnasında Zelenski bildirib ki, o, bu səfəri çərçivəsində Yunanıstan dövlət başçısı, Baş naziri ilə görüşlər keçirəcək.

Ukrayna lideri vurğulayıb ki, o, eyni zamanda Ukrayna-Balkan sammitində iştirak edəcək, Balkan liderləri ilə görüşəcək, Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə edəcək, eləcə də ikitərəfli məsələlər üzrə ayrı-ayrı danışıqlar aparacaq.

Bundan başqa, Zelenski Yunanıstanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə də görüşəcəyini də bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir