Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib

Ukraynanın müdafiəsi üçün ən azı yeddi “Patriot” hava hücumundan müdafiə sistemi lazımdır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə aprelin 27-də Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Ukraynaya yeddi sistem lazımdır. Və bu minimumdur. Tərəfdaşlarımızda bu sistemlər var var. Biz vaxt itirməməliyik, qətiyyət nümayiş etdirməliyik”, – Zelenski vurğulayıb.

Onun sözlərinə əsasən, Qərb tərəfdaşları Ukraynanı ölkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir