Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək

Ukraynanın nümayəndə heyəti cümə və şənbə günləri ABŞ-a səfər edərək danışıqlar aparacaq.

 

Azinformasiya.az “Reuters”-ə istinadən xəbər verir ki, bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son zərbəsi nəticəsində çox sayda dinc sakinin öldüyü Çerniqov vilayətinin Priluki şəhərinə səfəri zamanı verib.

O, ABŞ Prezidenti Donald Trampı Rusiyaya təzyiqi artırmağa çağırıb.

“Bir tərəfdən ruslarla gələcək iqtisadi layihələr barədə danışıqlar aparmaq, digər tərəfdən isə diplomatik dalana dirəndiyimizi söyləmək olmaz”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir