ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən Rusiyadakı enerji infrastrukturuna hücum etməməyi istədiyini, Zelenskinin buna müsbət cavab verdiyini deyib.
Azinformasiya.az xəbər verir ki, bununla bağlı “UNN” Donald Trampa istinadən xəbər verib.
Onun sözlərinə əsasən, Zelenski Trampın istəyinə cavab olaraq, Ukraynanın “yəqin ki” Rusiyadakı neft obyektlərinə zərbə endirməyəcəyini bildirib.
ABŞ prezidenti Ukraynanın hücumlarının Rusiyanın neft emalı qabiliyyətini, eləcə də dizel yanacağı istehsalını azaltdığını və bunun da qlobal neft bazarında problemlərə səbəb olduğunu vurğulayıb.
Azinformasiya.az