Zelenski Putinlə üçtərəfli görüşün mümkün tarixini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ-ın iştirakı ilə üçtərəfli görüşün dekabr ayında ABŞ-ın Mayami şəhərində keçiriləcək “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tuta biləcəyini bildirib.

 

Azinformasiya.az “Novosti.LIVE”a stinadən xəbər verir ki, Zelenski bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərlə söhbəti zamanı danışıb.

Onun sözlərinə əsasən, belə bir format ABŞ tərəfindən təklif olunan ən yaxşı imkanlardan biridir.

“Mən hesab edirəm ki, bu, real nəticə ilə üçtərəfli görüşün keçirilməsi üçün imkandır”, – Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın, o cümlədən Avropa, Çin, Hindistan və Yaxın Şərq ölkələrinin nümayəndələrinin iştirakı nəticə əldə olunması üçün zəruri şərait yarada bilər.

“Şübhəsiz ki, belə bir format həyata keçirilərsə və müvafiq razılaşma əldə olunarsa, Ukrayna bu formatı dəstəkləyəcək”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir