Zelenski Norveçə gedib

Ukrayna Prezidenti Vladimir Zelenski Norveçə gözlənilmədən səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Məlumata əsasən, Zelenski hazırda Oslodadır.

Ukrayna prezidentinin Norveçin Baş naziri Yonas Qahr Storla görüşü və bu gün paytaxtda keçiriləcək Nordic sammitində iştirakı planlaşdırılır. Sammit çərçivəsində Zelenski və Stor Danimarka, Finlandiya, İslandiya və İsveç liderləri ilə görüşəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir