Zelenski Davosda Blinkenlə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, görüş barədə Ukrayna lideri “X” hesabında bildirib.

Görüş Davosda Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

Blinkenlə görüş zamanı Prezident Zelenski onu döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb:

“Mən dövlət katibi Blinkenə və görüşdə iştirak edən ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivana döyüş meydanında mövcud vəziyyət, bu il Ukrayna Müdafiə Qüvvələrinin qarşısında duran əsas vəzifələr və onların yerinə yetirilməsi üçün tələb olunan vasitələr barədə məlumat verdim. Bundan başqa, biz Ukrayna və ABŞ arasında hava hücumundan müdafiə sahəsinə xüsusi diqqət yetirməklə gələcək müdafiə əməkdaşlığından danışdıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir