Zelenski cəbhə xəttinə gedib

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə gedib.

 

Azinformasiya.az xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə “Telegram”da yazıb.

Zelenski “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçilərini ziyarət etmək üçün səfər edib.

“Xarkov vilayəti. Kupyanskı müdafiə edən “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın komanda məntəqəsi. Briqada komandiri ilə mühüm məsələləri müzakirə etdik, əsgərlərlə söhbət apardıq, onlara mükafatlar təqdim etdik.

Müdafiəçilərimizlə birlikdə olmaq həmişə şərəfdir”, – deyə Zelenski qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir