Zelenski Belarus-Ukrayna sərhədinə gedib

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusla sərhəd zonasına gedib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə videohesabatı Vladimir Zelenski öz “Telegram” kanalında paylaşım edib.

Zelenski Ukraynanın Belarus və Polşa ilə sərhədinə baş çəkərək oradakı istehkamlara, eləcə də müşahidə vasitələri ilə təchiz olunmuş sərhəd zastavasına baxıb.

Qeyd edək ki, Ukrayna-Belarus sərhədinin uzunluğu 1084 km-dir. Ukrayna hakimiyyəti keçən ilin noyabrında Volın vilayətində Belarusla sərhəddə 3 km-ə yaxın dəmir-beton hasar çəkildiyini bildirmişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir