Zelenski: Avropa Rusiyaya qarşı müharibədə yol ayrıcındadır

“Rusiyanın Ukraynaya müdaxiləsinə görə Avropa artıq sülh qitəsi deyil”.

 

Azinformasiya.az  BFMTV-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Milli Assambleyasında çıxışında deyib.

“Putin bu döyüşdə qalib gələ bilərmi? Xeyr, çünki uduzmağa haqqımız yoxdur. Bu döyüşdə qalib gələ bilərikmi? Bəli, mən buna əminəm”, – deyə Zelenski bildirib.

Ukrayna lideri Avropanın Rusiyaya qarşı müharibədə yol ayrıcında olduğunu bildirib. “Biz indi tarix yaza biləcəyimiz andayıq. Ancaq eyni zamanda biz tarixin qurbanı ola bilərik”, – deyə xəbərdarlıq edib.

“Vladimir Putinin müdafiə etdiyi şey qardaşlığın və azadlığın əksidir və bununla da Avropanın əksidir”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir