Zelenski Argentinada Ermənistan Prezidenti ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistan dövlət başçısı Vaaqn Xaçaturyanla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, Argentinanın yeni seçilən Prezidenti Xavyer Mileyin andiçmə mərasimi üçün bu ölkəyə səfər edən Xaçaturyanla Zelenski arasında Casa Rosada sarayında ayaqüstü görüş baş tutub.

Ermənistan Prezidenti Zelenski ilə regiondakı vəziyyəti müzakirə edib və Ukrayna liderini “Sülh kəsişməsi” layihəsi barədə də məlumatlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir