Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistləri Rusiyanı tərk edəcəklər.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov Live” “Youtube” kanalının efirində bildirib.
“Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları-red) Berlindəki diplomatik kanallar vasitəsi ilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona kimi çatdırsalar, alman jurnalistləri Rusiyanı tərk edəcəklər”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Azinformasiya.az