Şabranda avtomobil aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Bakı-Quba yolunda, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində həlak olub.

Avtomobildə olan digər 3 nəfər – 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı, 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu və 2023-cü il təvəllüdlü Nuray Kazımova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir