Zaqatalada yük və minik maşınları toqquşub, 1 nəfər xəsarət alıb

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan 1961-ci il təvəllüdlü Zaqatala şəhər sakini Qasım Rəcəb oğlu İsgəndərov xəsarət alaraq rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir