Zaqatalada restoran yanıb

Zaqatalada restoranda yanğın olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu gün səhər saatlarında Zaqatala şəhəri. H. Əliyev prospekti 24 ünvanında fəaliyyət göstərən “Ailə” restoranının dam örtüyündən yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı dərhal alınıb.

Yanğın məhdudlaşdırılıb, tam söndürülmə prosesi gedir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir