Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var

Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hikmət Davudovun idarə etdiyi Mersedes markalı 77 GR 938 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolunun kənarındakı ağaca çırpılıb. Daha sonra avtomobil daş hasara çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir