Zaqatalada inzibati binada yanğın baş verib

Zaqatalada icra nümayəndəliyinə məxsus inzibati binada yanğın baş verib.

 

Azinformasiya.az xəbər verir ki, günorta saat 13 radələrində rayonun Danaçı kəndində, rayon İcra Hakimiyyətinin Danaçı kənd üzrə nümayəndəliyinin balansında olan və hazırda istifadəyə yarsız inzibati binada yanğın qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir