Zaqatalada ev yanıb

Zaqatalada fərdi yaşayış evində yanğın baş verib.

 

Azinformasiya.az xəbər verir ki, yanğın səhər saatlarında rayonun Aşağı Tala kəndində, kənd sakini Rübabə Kərim qızı Ərəbovaya məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin 60 kv/m-lik sahəsinin yanar konstruksiyaları və orada olan ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir