Zaqatalada 32 yaşlı kişi özünü asaraq öldürüb

Zaqatalada intihar hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində rayonun Mazıx kəndində baş verib.

Kənd sakini 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən tapılıb.

İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir