Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, həmçinin Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.
Azinformasiya.az