Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəlib

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

Bu barədə Azinformasiya.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən nazirliyin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir