Yenidən Türkiyə Prezidenti seçilmiş Ərdoğan and içib

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib.

 

Azinformasiya.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

Ərdoğanı müvəqqəti Məclis sədri və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı qarşılayıb və Türkiyə Respublikasının Prezidenti seçilməsinə dair protokolu ona təqdim edib.

Rəcəb Tayyib Ərdoğan mərasimdən sonra Anıtqəbri ziyarət edəcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə rəqiblərinə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir