Yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə biləcək

Azərbaycanda yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə biləcək.

Azinformasiya.Az-ın xəbərinə görə, bu, “Reproduktiv sağlamlıq haqqında” model qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin ciddi müzakirələrə səbəb olan Tibbi sterilizasiya adlanan 16-cı maddəsidir. Bu maddəyə əsasən yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə bilərlər.

Bu model qanun layihəsi TÜRKPA-ya üzv dövlətlərdə tətbiq oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir