Yaqub Zurufçunun vəziyyəti necədir?

Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Azinformasiya.Az-a sənətçinin müalicə aldığı “Yeni Klinika”dan məlumat verilib.

Reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, ifaçı hələ də qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir: “Vəziyyətinə uyğun olaraq intensiv terapiya aparılır. Səhhəti ağır stabil olaraq qalır”.

Qeyd edək ki, Y. Zurufçu dünən reanimasiya şöbəsinə yerləşdirilib. Onun ağciyərlərində COVID-lə bağlı ikitərəfli pnevmoniya yaranıb. Ciyərlərində 80 % buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir