“YAP ötən müddət ərzində bütün seçkilərdə inamlı qələbə qazanıb” Səyyad Salahlı

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. Görüşdə Milli Məclisin deputatı Səyyad Salahlı da iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub: “Yeni dövrdə bizi yeni qələbələr gözləyir”.
Milli Məclisin deputatı Səyyad Salahlı 700 mindən çox üzvü olan YAP-ın ötən müddət ərzində bütün seçkilərdə inamlı qələbələr qazandığını qeyd edib. O, xalqımızın bələdiyyə seçkilərində də Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə səs verəcəklərinə əminliyini ifadə edib.
Bələdiyyə üzvlüyünə namizədlər Məhəmmədəli Zeynalov və Rafael Həsənov çıxışlarında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların mənafeyinin dayandığını vurğulayıblar. Qeyd olunub ki, insanların yüksək sosial rifahının təmin edilməsi prioritetinə uyğun olaraq yerli özünüidarəetmənin səmərəliliyinin artırılması mühüm hədəflərdəndir. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir